Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən zavodların birindən havaya qatı tüstü buraxılır.
Sumqayit24.az-a göndərilən görüntülərdə tüstünün ətraf əraziləri bürüdüyü görünür. Sakinlərin sözlərinə görə, bu hal demək olar ki, hər gün müşahidə olunur. Tüstü ilə yanaşı ətrafa kəskin qoxu da yayılır. Bu səbəbdən evlərin pəncərələrini açmaq mümkün olmur, xüsusilə isti havalarda vəziyyət daha da dözülməz hala gəlir.
Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini və problemin aradan qaldırılmasını xahiş edirlər.