top
Novxanı çimərliyi ən təhlükəli ərazilər SİYAHISINDA
30 iyul 2026, 17:15
- +

Novxanı çimərliyi ən təhlükəli ərazilər SİYAHISINDA

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti fonunda Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara bir daha təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Nazirliyin rəsmisi, kapitan Fərd İlhamoğlu bildirib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə uşaqlar və yeniyetmələr arasında qeyri-çimərlik ərazilərində və təhlükəli su hövzələrində çimmə halları hələ də müşahidə olunur.

Onun sözlərinə görə, bu cür davranışlar əksər hallarda faciə ilə nəticələnir.

FHN rəsmisi qeyd edib ki, vətəndaşlar çimərlik kimi fəaliyyət göstərməyən ərazilərdən istifadə etməməli, küləkli hava şəraitində dalğalı dənizə daxil olmamalı, valideynlər isə uşaqları nəzarətsiz buraxmamalıdırlar.

Kapitan vurğulayıb ki, dənizdə yalnız xilasedicilərin növbə çəkdiyi qanuni çimərliklərdən istifadə olunmalıdır.

Fərd İlhamoğlu bildirib ki, FHN-in apardığı monitorinqlər nəticəsində Xəzər dənizi sahilində ən təhlükəli ərazilər müəyyən edilib.

Bunlar aşağıdakılardır:

- Novxanı qəsəbəsində yerləşən "Sarı Qaya";

- Mərdəkan və Şüvəlan qəsəbələrində yerləşən "Şimal Qres" və "Mil Qaya" əraziləri;

- Bilgəh və Nardaran qəsəbələrində yerləşən "12-ci Dalan" və "Daçnik" kimi tanınan sahələr;

 - Sahil qəsəbəsində "Mayak" adı ilə tanınan ərazi.

FHN rəsmisinin sözlərinə görə, həmin ərazilər sualtı axınların güclü olması, mürəkkəb sualtı relyef, dərin çuxurlar və yarğanların mövcudluğu səbəbindən insan həyatı üçün ciddi təhlükə yaradır.

"Bu kimi ərazilər sualtı axınlarla, mürəkkəb sualtı relyeflə, yarğan və çuxurlarla zəngin olduğu üçün insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Vətəndaşlarımız bu ərazilərə daxil olaraq həyatlarını riskə atmamalı, yalnız xilasedicilərin fəaliyyət göstərdiyi qanuni çimərliklərdən istifadə etməlidirlər", – deyə Fərd İlhamoğlu vurğulayıb.

Mənbə: Modern.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər