Novxanıda bir nəfər dənizdə batıb. Sumqayıt24 bu haqda 21 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə nəzarətsiz ərazidə qeydə alınıb. Batan adamın şəxsiyyəti dəqiqləşdirilir. Axtarışlara kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.