top
Oğlum riyaziyyatdan repetitor yanına getməyib - 700 bal yığan Samirin atası danışdı
30 iyul 2026, 14:23
- +

"Oğlum riyaziyyatdan repetitor yanına getməyib" - 700 bal yığan Samirin atası danışdı

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.

Qeyd edək ki, 700 bal toplayan Samir Tağıyevin atası Hikmət Tağıyev Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.

Samirin əldə etdiyi yüksək nəticə münasibətilə atası Hikmət Tağıyevlə həmsöhbət olunub.

Həkim olmaq Samirin uşaqlıqdan bəri öz arzusu olub:

"Oğlumun 700 bal topladığını ilk dəfə mən ona dedim. Hamımız evdə idik və nəticələrin açıqlanmasını səbirsizliklə gözləyirdik. Saytlara tez-tez baxırdıq ki, görək nəticələr elan olunubmu? Birdən mesaj gəldi, bir yerdə açıb baxdıq. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Bu, bizim üçün böyük qürur və sevinc idi.

Düzünü desəm, bu nəticəni gözləyirdik. Çünki Samirin bu potensiala sahib olduğunu hər zaman bilirdik. İnanırdıq ki, çəkdiyi zəhmətin qarşılığını alacaq və ən yüksək nəticəni əldə edəcək.

Həkim olmaq onun öz arzusu olub. Biz heç vaxt ona təzyiq göstərməmişik. Sadəcə uşaqlıqdan deyirdik ki, həkim olsa, həm gözəl peşə sahibi olar, həm də insanlara fayda verər. Amma neyrocərrah olmaq arzusu tamamilə onun öz seçimi idi. Uşaqlıqdan bu sahəyə xüsusi maraq göstərirdi".

Oğlum riyaziyyatdan repetitor yanına getmədi. Evdə planlı şəkildə hazırlaşdı və imtahanda bu fəndən maksimum - 100 bal topladı:

"Evdə birlikdə çalışmışıq. Elə olmayıb ki, hər gün saatlarla oturub dərs keçək. Mən ona tapşırıqlar verirdim, o da onları planlı şəkildə yerinə yetirirdi. Həftədə iki-üç dəfə riyaziyyatla məşğul olurdu. Digər beş fənn üzrə müəllim yanına gedirdi. Riyaziyyata isə evdə hazırlaşdı və nəticədə bu fəndən maksimum - 100 bal topladı.

700 bal təsadüfən qazanılan nəticə deyil. Məncə, bu uğurun əsas səbəbi onun hər şeyi əzbərləməyə deyil, mahiyyətini anlamağa çalışması idi. Mövzuları dərindən mənimsədiyi üçün öyrəndikləri yaddaşında qalır, bu da tapşırıqları düzgün yerinə yetirməsinə kömək edirdi.

Uşaqlıqdan onun bacarığını və istedadını görürdük. Hətta ailə arasında zarafatla deyirdik ki, inşallah, bir gün "Əlaçı" verilişində iştirak edər. Sonradan həmin verilişə qatıldı və qalib də oldu. Buna görə də 700 bal toplaya biləcəyinə inanırdıq".

Uğur qazanmaq üçün ilk növbədə uşağın öz həvəsi və potensialı olmalıdır:

"Ailəmizdə övladımıza təzyiq göstərmək kimi bir yanaşma olmayıb. Ola bilər ki, hansısa səhvinə görə narazılığımı bildirmişəm. Məsələn, riyaziyyatdan bir sualı səhv edəndə demişəm ki, bunu etməməli idin. Amma ümumilikdə hesab edirəm ki, təzyiq uşağın nəticəsinə müsbət yox, mənfi təsir göstərir. Uğur qazanmaq üçün ilk növbədə uşağın öz həvəsi və potensialı olmalıdır.

Hazırlıq dövründə istirahət etməsinə də diqqət yetirirdik. Bəzən birlikdə gəzintiyə çıxırdıq ki, fikri dağılsın. Amma əsasən vaxtını özü düzgün planlaşdırırdı. Dərsə də, istirahətə də kifayət qədər vaxt ayırırdı".

Samirin əsas istəyi xaricdə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq öz ölkəsinə xidmət etməkdir:

"Samir gələcəkdə təhsilini Almaniyada davam etdirmək istəyir və mən bu qərarını dəstəkləyirəm. Rezidentura mərhələsində xaricdə təhsil almağı düşünür. Əsas istəyi isə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq öz ölkəsinə xidmət etməkdir.

Valideynlərə və gələcək abituriyentlərə tövsiyəm odur ki, səbirli olsunlar, zəhmətdən çəkinməsinlər. İnşallah çəkilən əziyyətin bəhrəsini görəcəklər. Ən vacib məsələlərdən biri də vaxt bölgüsünü düzgün qurmaqdır. Dərsə də, istirahətə də vaxt ayırmaq lazımdır. Düşünürəm ki, uğurun əsas şərtlərindən biri məhz budur".

Mənbə: Azedu.az

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər