Fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
"Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq",- məlumatda qeyd olunub.