Sumqayıtda fəaliyyət göstərən holdinq ləğv olunduğunu elan edir. Bu haqda 31 avqust tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Söhbət 2014-cü ildə dövlət qeydiyyatına alınan “Prestij Holding” MMC-dən gedir.
Kreditorlar 2 ay ərzində tələblərini şəhərin 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 34/69, mənzil 13 ünvanına bildirə bilərlər.