Sumqayıtda hamilə və yeni ana olan qadınlar üçün Qızıl Aypara Cəmiyyətinin (QAC) "Sevgi boğçası" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində keçirilən tədbirdə Qızıl Aypara Cəmiyyətinin (QAC) sağlamlıq üzrə mütəxəssisi Mətanət Qaraxanova adekvat qidalanma, bəsləyici qayğı, erkən öyrənmə imkanları, universal-progressiv model, uşaqların təhlükəsizliyi barəsində danışıb.
Digər çıxış edənlər də ana və uşaq sağlamlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sonda hamilə qadınlara "Sevgi boğçası" təqdim olunub.