Qida təhlükəsizliyi əməkdaşları Saray qəsəbəsində fəaliyyət göstərən ticarət obyektində yoxlama keçiriblər. Bu haqda 21 avqust tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı H.Z. Tağıyev küçəsi, ev 5, mənzil 1 ünvanında fəaliyyət göstərən "Qədim Saray" marketində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsanlar tapılıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.