top
QAİ Sumqayıt Nümayəndəliyində soyqırımı ilə bağlı tədbir keçirilib 
31 mart 2025, 02:00
- +

QAİ Sumqayıt Nümayəndəliyində soyqırımı ilə bağlı tədbir keçirilib 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt nümayəndəliyində gənclərlə görüş təşkil edilib.

Sumqayit24.az xəbər verir ki, tədbirdə nümayəndəliyin İdarə Heyətinin üzvləri və Şura sədrləri iştirak ediblər.

Tədbiri QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, deportasiya və vandalizm siyasətindən danışıb. O, erməni silahlılarının bu vəhşilikləri beynəlxalq havadarlarının dəstəyi ilə həyata keçirdiyini vurğulayıb. Həmçinin Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək bildirib ki, azərbaycanlılar sivil qaydada mübarizə apararaq öz ata-baba yurdlarına qayıtmaq istəyirlər.

Daha sonra Ziyalılar Şurasının sədri Mehman Adıgözəlov çıxış edərək, tarixən azərbaycanlıların ermənilərə həmişə qonaqpərvərlik göstərdiyini, lakin onların bu etimadı doğrultmadığını bildirib. O, gənclərə Azərbaycan həqiqətlərini beynəlxalq arenada təbliğ etməyi və gələcək nəsillərə ötürməyi tövsiyə edib.

Tədbirdə həmçinin təşkilati məsələlər müzakirə olunub və bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Belə ki, QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin sədri İlkin Şirinov vəzifəsindən azad edilib. O, QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılovun digər əmri ilə nümayəndəliyin sədr müavini vəzifəsinə təyin edilib. Bundan başqa, Gənclər Birliyinin müavini Fuad Məmmədov nümayəndəliyin gənclər təşkilatının sədri olub. Nümayəndəliyin gənclər təşkilatının boş qalan digər müavin postuna isə tanınmış jurnalist Müşviq Əhmədov təyinat alıb.

Tədbir müzakirələrlə davam edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Bu gün, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Bu gün, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Bu gün, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Bu gün, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Bu gün, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

Oxşar xəbərlər