Qubadlı rayon İH-nin başçısı Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Bu haqda bu gün, 22 iyun tarixində İH-nin rəsmi səhifəsinə istinadən xəbər veririk.
Görüş Yaşıldərə massivi ərazisində yerləşən Qubadlı rayon Xıdırlı kənd məktəbində keçirilib. Burada Malik İsaqov, RİH-nin məsul işçiləri, icra nümayəndələri vətəndaşların problemləri ilə maraqlanıblar. Qəbul zamanı 20 məsələ qaldırılıb, onlardan 13-ü yerində həll olunub, 7-si isə baxılması üçün nəzarətə götürülüb.