Sumqayıt şəhərinin Sahil küçəsində iməcilik aksiyası həyata keçirilib. Bu haqda 23 avqust tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
Aksiya Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən icra olunub. Ətrafdakı məişət tullantıları yığılaraq, xüsusi texnika vasitəsilə ərazidən kənarlaşdırılıb. Yaşıllıqlara aqrotexniki qulluq göstərilib.