Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri bitib.
Sumqayit24.az-ın məlumatına görə, körpü artıq açılıb və istifadəyə verilib. Bu isə o deməkdir ki, sakinlər Saray körpüsündən istifadə edə bilərlər.
Xatırladaq ki, uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və dörd hərəkət zolağı var.