Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpüdə tikinti işləri sürətlə davam etdirilir.
Bunu Unikal.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, hazırda ərazidə betonlama işləri davam etdirilir. May ayı ərzində işlərin yekunlaşması planlaşdırılır.