Saray qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb.
Xezerxeber.az-ın məlumatına görə, yerli sakinlər bu vəziyyətdən məzarları ziyarətə gələn zaman xəbər tutublar. Ərazidə yerləşən 20-yə yaxın qəbrin ətrafı dağıdılıb.
Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsində dərhal araşdırma aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.