top
SDU rektoru Karbamid Zavodunda – mühüm əməkdaşlığa başlanılır
29 iyul 2026, 09:45
- +

SDU rektoru Karbamid Zavodunda – mühüm əməkdaşlığa başlanılır

Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli "SOCAR Karbamid" Zavodunda olub və müəssisənin direktoru Kutay Durna ilə görüşüb.

Sumqayit24.az xəbər verir ki, görüş zamanı universitet ilə sənaye müəssisəsi arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və perspektiv əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Rektor Nurəli Yusifbəyli universitet-sənaye əməkdaşlığının ali təhsilin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı mütəxəssis hazırlığında mühüm rol oynadığını vurğulayıb. O, tədris prosesinin istehsalat mühitinə inteqrasiyası, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsi, startap təşəbbüslərinin təşviqi, innovativ layihələrin hazırlanması və onların kommersiyalaşdırılması istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

"SOCAR Karbamid" Zavodunun direktoru Kutay Durna müəssisənin istehsalat və texnoloji potensialının tələbələrin peşə hazırlığının gücləndirilməsi, eləcə də birgə layihələrin reallaşdırılması üçün əlverişli imkanlar yaratdığını bildirib.

Görüşdə tələbələrin istehsalat təcrübəsinin daha səmərəli təşkili, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə tərəflər arasında çərçivə sənədinin imzalanması barədə razılıq əldə edilib.

Bununla yanaşı, rəqəmsal platformalar vasitəsilə birgə təlimlərin, seminarların və layihələrin təşkili, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin rəqəmsal əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər