top
Səhhətində problem yaranan Xalq artisti: Dilarə mənə gəlin yox, qız oldu
22 iyul 2026, 09:55
- +

Səhhətində problem yaranan Xalq artisti: "Dilarə mənə gəlin yox, qız oldu"

"Səhhətimdə problem yaranıb. Evdən çıxa bilmirəm. Neçə illərdir təngənəfəsliyim var. Müalicə alıram, alıram düzəlmirəm. Dərmanlar qəbul edirəm. Səhhətimlə məşğulam deyə yaradıcılıqdan da uzaq düşmüşəm. Təkcə Memar Əcəmi haqda yarıbədii, yarısənədli bir film var, orada çəkilirəm. Xırda bir roldur. Bir gün çəkilmişəm, hələ bir neçə gün də çəkiləcəm. Rejissor çox çətinliklə gəlib məni aparır. İnsan cavan olanda xəstəlik, qocalıq o qədər də yadına düşmür. Düşünmür ki, nə vaxtsa qocalacaq".

Bunu açıqlamasında Xalq artisti Vidadi Əliyev deyib.

O daha sonra gəlini, Əməkdar artist Dilarə Əliyevadan danışıb:

"Hansı kişinin qızı yoxdursa, o yetimdir. Mənim iki oğlum var idi, qızım yox idi. Dilarə mənə qız oldu, gəlin olmadı. Üzü ağ olsun. Nəvələrim də, nəticələrim də gəlib mənə baş çəkirlər. Hamısı da Dilarənin verdiyi tərbiyədən gəlir. Uşaqlar da, nəvələr də görürlər ki, o gəlib-gedir, ona görə onlar da məsuliyyət hiss edirlər. Dilarənin həm direktoru olmuşam, həm də rejissoru. Uşaqlar evdə gözlərini açıb görmüşdülər ki, ata aktyordur, ana da aktrisa. O məsuliyyəti dərk edirdilər. Dilarə də bizim ocağa düşəndən sonra həmin vəziyyəti gördü. O da bu ocaqda, bu atmosferdə "bişdi". Özündə də məsuliyyət var idi. Universiteti bitirəndən sonra Mədəni Maarif texnikomunda səhnə danışığı müəllimi işlədi. Sonra mən, qaynanası Elmira xanım güc-bəla ilə Oqtayı razı saldıq ki, bu adamın yeri teatrdır. Elmira xanım güc-bəla ilə, hay-küylə Oqtayı razı saldı. Dilarənin teatrda çalışmasının səbəbkarı Elmira xanım oldu. Dilarənin İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaratdığı rollar qalareyası var".

Mənbə: Moderator.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Bu gün, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Oxşar xəbərlər