top
Şeirlərinə görə qonorar almayan şair:  “Sumqayıt mənim ikinci Laçınımdır” - ÖZƏL MÜSAHİBƏ
25 noyabr 2024, 08:10
- +

Şeirlərinə görə qonorar almayan şair: “Sumqayıt mənim ikinci Laçınımdır” - ÖZƏL MÜSAHİBƏ

Şairlər və yaradıcı insanlar, bəşəriyyətin inkişafına və mədəniyyətə böyük töhfələr verən şəxsiyyətlərdir. Onlar həyatın mənasını, gözəlliyini, çətinliklərini və sevinclərini dərin bir şəkildə əks etdirir, bəzən isə toplumu düşündürərək ona istiqamət verirlər.

Şairlər öz əsərlərində çox vaxt ruh halını, iç dünyasını, həyatın məramını ifadə etməyə çalışırlar. Onlar təbiətə, insanlara, mənəvi dəyərlərə və bəzən də cəmiyyətin sosial və siyasi vəziyyətinə dair dərin fikirlər irəli sürürlər. Şairlər, xüsusilə, insanların hisslərini ifadə etməyə, düşüncələrini açmağa və həyatın mənasını axtarmağa böyük diqqət yetirirlər.

Yaradıcı düşüncə həm də cəmiyyətin inkişafına təsir edən bir qüvvədir. Hətta şairlər belə, sosial və mədəni problemlərə diqqət çəkərək insanları düşündürməyə və dəyişikliklərə ilham verməyə çalışırlar. Müasir dövrdə isə, şairlər və yaradıcı insanlar, həm də texnologiya və sosial media vasitəsilə daha geniş auditoriyaya çatmaq imkanlarına sahibdirlər.

Onlardan biri də tanınmış şair Zahir Abbasdır.

Sumqayit24.az-ın əməkdaşı tanınmış şair ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Zahir bəy, necəsiniz? İşləriniz necə gedir?

- Diqqətiniz üçün təşəkkür edirəm. Şükür Allaha ki, işlərimiz normal gedir. Hər şey öz axarındadır.

- Əvvəlki illərə qayıdaq. Yaradıcılığınıza necə başladınız və bu sahəyə olan marağınızın qaynağı nədir?

- Yaradıcılığa orta məktəbə oxuyanda başladım. Heç özümün də bundan xəbərim yox idi. Anidən oldu. Bir gün şeir yazmağa başladım. Şeir olmasa belə, axıcılıq var idi. Mövzu Azərbaycana aid idi. Uşaq duyğularımı şeirdə ifa etmişdim. 8-ci sinifdə oxuyanda ilk şeirlərimi yazdım. O vaxtı Sumqayıtda qəzet var idi, ora təqdim etdim, dedilər ki, “yazın, nəsə alınacaq”.

- Şeir və ədəbiyyat bu gün hansı vəziyyətdədir? Sizin fikrinizcə, bu sahədə hansı dəyişikliklər baş verməlidir?

- Bu gün hər bir sahədə müəyyən yeniliklər var. Həmçinin ədəbiyyatda da yeniliklər tələb edən şərtlər irəli çıxır. Ramiz Rövşənin gözəl bir fikri var, “ədəbiyyat bir səhradır, hamı o səhrada özü üçün bir çadır qurur”. Gələn qonağının rahatlığını nəzərə alsaq, hansı çadırda istəsə, gecələyə bilər. Ədəbiyyatda bunun yolu yaxşıdır və ya pisdir anlayışını qəbul etmirəm.

Hər şey inkişafa doğru getdiyi kimi ədəbiyyat da yaxşı və ya pis dəyişikliklərə uğrayır. Baş verməsi labüddür. Bu gün internet əsridir. Bunlar hamısı ədəbiyyata təsir edir. Yeniliklər var. Nə qədər yenilik olsa da, köhnə yol qorunmalı, dilin ədəbi üslubu yerində qalmalıdır. Kənardan dilimizə daxil olan sözlərdən az istifadə olunmalıdır. Köhnəliyin qaydaları gözlənilsə, yenilik ilə ayaqlaşa bilsək, ədəbiyyatımız zərər görməz.

- Şeirlərinizə yazılan mahnılara görə maddi qazanc əldə edə bilirsinizmi?

- Mən şeirlərimin heç birinə görə qonorar almıram. Təklif edirlər. Sırf maddiyyat ilə bağlamaq istəmirəm. Allahın verdiyi nemətdir. Qazanc əldə edə, sata bilmirəm. İstənilən şeir və mahnı bəstələrimə görə, qarşı tərəfdən bir dənə çox sağ ol istəyirəm. Pulu ağlıma da gətirmirəm. Zeynəb Xanlarova, İlhamə Quliyeva, Məhəbbət Kazımov, Baloğlan Əşrəfov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşovaya ilə işləmişəm. Hazırda Ağadadaş Ağayev ilə mahnı üzərində işləyirəm. Həmişə olduğu kimi təmənnasız edəcəm.

- Hər hansı bir yeni kitab, ya da layihə üzərində çalışırsınızsa, bu barədə bizi məlumatlandıra bilərsiniz?

- 10 kitabım işıq üzü görüb. Sonuncu kitabımı yekunlaşdırıram. Yaxın günlərdə redaktə edəcəm. Allah qismət etsə, doğma Laçında onun təqdimatını keçirmək istəyirəm. Bütün kitablarımın hamısının təqdimatını Bakıda keçirmişəm. Sonuncu “Mən sənə qəlbimdə yer saxlamışam” kitabının təqdimatını Sumqayıtda keçirdim. Düşündüm ki, artıq torpaqlarımız alınıb, mənim Sumqayıta bir vəfa borcum qalıb. O arzuma da çatmaq üzrəyəm. Kitab yekunlaşıb. Yaxın günlərdə Laçında təqdimatını keçirəcəm.

- Yaradıcılığınızda hansı mövzulara daha çox diqqət yetirirsiniz?

- Yaradıcılığımda mövzular sevgi-məhəbbətə aiddir. Ancaq xəyallarımın qadınını sevirəm. Ona şeirlər yazmaqda davam edirəm. Vətənpərvərlik mövzularına da üstünlük verirəm. Daha çox nakam sevgidən yazıram. Oxucuların da tələbatıdır sırf bu üzrədir.

- Yaradıcı sferada daha çox tanındınız. Bəs ədəbi mühitə necə gəldiniz?

- Mən artıq tələbəlik illərində şeirlər yazırdım. Böyük şairimiz Nüsrət Kəsəmənli ilə tanış oldum. O mənim şeirlərimi oxudu. Dedi ki, “biraz dərin yaz”. Həmin dövrdə elə bildim ki, mənə deyir ki, yaza bilmirsən. 6 ay üzərimdə işlədim. Dedi ki, çəkinmədən təqdimat yaza bilərəm. Nəriman Həsənzadə, Zemfira Əlişqızı, və Nüsrət Kəsəmənli Yazıçılar Birliyinə təqdimatımı yazdılar.

Ondan sonra ədəbi mühitə gəlməyə başladım. Tələbə vaxtı ilk “Xəbər gətir” adlı kitabımı çıxartdım, çox böyük tirajla çap olundu.

Sonra da bəstəkarlarla işləməyə başladım. Nüsrət Kəsəmənli məni yönəltmişdi. Bir neçə bəstəkarla işləmişdim. Nəqliyyatda gedəndə yazdığım Baloğlan Əşrəfovun ifasında “Əllərim əllərinə dəymir nə vaxtdır” mahnısı səsləndi. Onun sözlərini mən yazmışdım. Avtobusdakı insanları inandıra bilmədim ki, onu mən yazmışam.

- Demək olarmı, sizin də yaradıcılığnızda sevgi qırmızı xətlə keçir?

- Sevgidə qırmızı xətt yoxdur. Sevgidə sonsuzluq var. Hər şey ondan başlayır və bitir. Sevgi hər zaman sevgidir. Hər zaman sevilir. Həmişə də dəbdə olacaq, dəbdən düşməyəcək.

- Laçın işğaldan azad olunan günü hansı hisləri keçirdiniz? Ora qayıtmaq istərdinizmi?

- Laçın işğaldan azad olunanda mən dünyaya ikinci dəfə gəldim. Çünki 30 il həsrətdən və Laçına qayıtmaqdan yazırdım. Laçın alınanda arzum idi ki, gecə gedim. Gündüz çağı getmək qismət oldu. Sanki torpaq da həsrətlə bizi gözləyirdi. Hər daşını öpmək istəyirdim. Laçına çatanda duman gəlib, getdi. Dedim Allah, duman sürünür, Laçın görünür. Laçın sanki dumanlıqdan doğulmuşdu.

Böyük məmnuniyyətlə Laçına qayıdacağam. Laçının Güləbird kəndindənəm. Hazırda bərpa işləri gedir. 2025-ci ilin iyun ayında köç olacaq.

- Sumqayıtda yaşayırsınız səhv etmiriksə, ora ilə bağlı xatirələrinizdən danışardınız.

- Sumqayıt bizim hamımıza qucaq açıb, bağrına basan anaya bənzəyir. Sumqayıtı mən heç bir şəhərə bənzətmərəm. Sumqayıta hər zaman qaçmışam. Sumqayıt mənim üçün doğmadır. Sanki ikinci Laçınımdır. Yubiley yaşıdır. Sevinirəm ki, 70 və 75 illik yubileyinin canlı şahidi olmuşam. Bu şəhərin insanları da doğmadır. Bütün rahatlığım buradadır. Mahnısını da, klipini də çəkdirmişəm. Sumqayıtlılara da borcluyam.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Bütün xəbərlər
Bu gün, 09:14

Bakı metrosunun işində problem yarandı - səbəb açıqlandı

Bütün xəbərlər
Dünən, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib - VİDEO

Bütün xəbərlər
12 sentyabr 2026, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
12 sentyabr 2026, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
12 sentyabr 2026, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
12 sentyabr 2026, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
12 sentyabr 2026, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
12 sentyabr 2026, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
12 sentyabr 2026, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
12 sentyabr 2026, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
12 sentyabr 2026, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
12 sentyabr 2026, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
12 sentyabr 2026, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
12 sentyabr 2026, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
12 sentyabr 2026, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Oxşar xəbərlər