top
Sumqayıtda qəzalı xəstəxananın yerində yeni tibb müəssisəsi inşa ediləcək
Foto
27 aprel 2026, 17:24
- ↺ +

Sumqayıtda qəzalı xəstəxananın yerində yeni tibb müəssisəsi inşa ediləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli xəstəxanası qəzalı vəziyyətdədir.

Belə ki, binanın müxtəlif hissələrində iri çatlar əmələ gəlib. Bu vəziyyət isə vətəndaşlarda ciddi narahatlıq yaradıb.

Sumqayit24.az-ın sorğusuna TƏBİB-dən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının binası 1916-cı ildə inşa olunmuş tarixi tikilidir. 

"Uzunmüddətli istismar nəticəsində binanın bir sıra konstruktiv elementlərində aşınma halları müşahidə olunur. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib, binanın texniki vəziyyəti yerində qiymətləndirilib. Baxış zamanı mövcud çatlar və digər texniki qüsurlar qeydə alınaraq müvafiq rəy formalaşdırılıb. Mövcud vəziyyət nəzərə alınaraq, gələcəkdə həmin ərazidə müasir standartlara cavab verən yeni tibb müəssisəsinin inşası nəzərdə tutulur",- deyə məlumatda qeyd edilib.

***

Sumqayıtda xəstəxanalardan birində təhlükəli vəziyyət yaranıb.

Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən 3 nömrəli xəstəxana qəzalı vəziyyətdədir.

Göndərilən fotolardan da aydın görünür ki, binanın müxtəlif hissələrində iri çatlar əmələ gəlib. Xəstəxanaya gün ərzində çoxlu insanın müraciət etdiyini nəzərə alsaq, təhlükənin miqyasının böyük olduğu üzə çıxır.

Şikayətçilərin məlumatına əsasən, məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə müraciət etməyə çalışsalar da, problemlərini aidiyyəti şəxslərə çatdıra bilməyiblər.

"Vəziyyəti Sumqayıt Tibb Mərkəzinin direktoruna çatdırmaq üçün gedirik. Qapıda mühafizəçi deyir ki, müavinlər yoxdur, direktor isə məşğuldur. Gərək başımıza uçsun, altında qalaq, ondan sonra tədbir görülsün?", - deyə vətəndaş narazılığını ifadə edib.

Şikayətçilər aidiyyəti qurumlardan xəstəxanaya baxış keçirilməsini, təhlükəsizlik tədbirlərinin görülməsini və problemin aradan qaldırılmasını tələb edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər