top
Vaqif Cavadov: Dünya Çempionatında iz qoymaq istəyirik
27 aprel 2026, 13:00
- +

Vaqif Cavadov: "Dünya Çempionatında iz qoymaq istəyirik"

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov məşqçilər üçün nəzərdə tutulan Pro kateqoriyasına yiyələnmək üzrədir.

İllərdir uşaq və yeniyetmə futbolunda çalışan mütəxəssis hazırda Azərbaycanın U-20 millisində köməkçi-məşqçi, "Sumqayıt-2"də baş məşqçi vəzifəsini daşıyır.

Sportinfo.az-ın Cavadovla müsahibəsini təqdim edirik: 

- "Sumqayıt"dan ayrılmısınız?

- Hələ ki, yox. Pro kateqoriyası üçün imtahan verəcəyəm deyə, klubdakı işimi davam etdirirəm. Mövsümün sonuna qədər iki yerdə çalışacağam. Yaydan etibarən sırf millidə işləyəcəm.

- Ancaq U-20 millisində?

- Bəli, bəli.

- İki həftəlik toplanış başa çatmaq üzrədir. Portuqaliyalı baş məşqçidən fərqli olaraq siz futbolumuzun incəliklərinə daha yaxından bələdsiniz. Hazırda futbolçuların səviyyəsi ilə bağlı ümumi vəziyyət necədir?

- Baş məşqçimiz yeni gəlib. İlk təlim-məşq toplanışımızdır. Klubların çempionatının davam etdiyini nəzərə alsaq, gündə bir dəfə məşq edirlər. Bir dəfə olsa da, intensivlik yüksək həddədir. Hər gün 1 saat 30, 1 saat 40 dəqiqə məşq keçirik. Təbii ki, müəyyən çatışmazlıqlar var. Sevindirici haldır ki, uşaqlar get-gedə əyər-əskikləri aradan qaldırmağa çalışırlar. Bu templə və istəklə davam etsək, uyğunlaşma prosesi çox vaxt aparmayacaq. Həmişə demişəm, yenə təkrar edirəm, Azərbaycanda potensialı yüksək futbolçular var. Sadəcə bəzi səbəblərdən istənilən istiqamətdə irəliləmirlər. Ya lazımınca oynamırlar, ya da başqa məsələlərə görə əziyyət çəkirlər. Ümid ediəm ki, get-gedə daha yaxşı olacaq.

- 18-19 yaşına kimi futbolun sirlərini tam öyrənməyən, hansısa cəhətlərdə geri qalan futbolçuların mənfilərini bu yaşda, millinin düşərgəsində aradan qaldırmaq mümkündür?

- Onsuz da bizi bura çatışmayan cəhətləri aradan qaldırmaq üçün dəvət ediblər. Təcrübəmizdən istifadə edib bu yöndə nələrsə etməliyik. Hər məşqçidə olduğu kimi, Ruy Jorjenin də özünəməxsus oyun fəlsəfəsi var. Futbolçuların buna öyrəşməsi üçün zaman lazımdır. Bunu hansı müddətdə və hansı sürətlə bacaracaqlarını vaxt göstərəcək. Millinin qapıları hər bir futbolçunun üzünə açıqdır. Potensiallı oyunçuları cəlb etməklə millinin inkişafı üçün çalışmalıyıq.

- Sizin yeniyetməlik dövrünüz – 25-30 il il əvvəl və indi. O vaxtın futbolçuları ilə indiki oyunçular arasında oxşar və fərqli cəhətlər hansılardır?

- Bu cür müqayisə doğru deyil. Çünki vaxt keçir, tələblər dəyişir, hər şey inkişaf edir. O dövrün futbolçularının texniki imkanları və qərar vermə tezliyi daha yüksək idi. Müasir futbol isə daha çox sürət, intensivlik və atletik futbol tələb edir. Ümumi müqayisə etsək, o dövrün azərbaycanlı futbolçuları daha istedadlı idi. Sadəcə sürət və inkişaf baxımından artım olmurdu.

- Vaxtilə Moskva ÇSKA-sının akademiyasında yer almısınız, sonradan Rusiya Premyer Liqasında top qovmusunuz. Rusiyada sizi tanıyan azərbaycanlılar övladlarını, yaxınlarını, qonşularını Azərbaycan millilərinə tövsiyə edir?

- AFFA-nın seleksiya şöbəsi bütün ölkələrdəki azərbaycanlıları diqqətdə saxlayır. İndiyə qədər milli komandalara az sayda futbolçu cəlb olunmayıb. Bəli, elə futbolçular var ki, adları siyahıda yoxdur. Onların valideynləri bizimlə əlaqə saxlayıb məlumat verirlər. Belədə, biz onları AFFA-nın müvafiq departamenti ilə əlaqələndiririk. Tək U-20 deyil, digər milli komandalara namizəd futbolçular da məşqçilər tərəfindən diqqətdə saxlanılır və belə də davam edəcək.

- Hazırda U-20-də sərəncamınızda olan futbolçularla 2027-ci ildəki dünya çempionatında ciddi nəticəyə imza atmaq mümkündür?

- Dünya çempionatında sadəcə iştirak etmək yox, varlığımızı göstərərək söz sahibi olmaq və iz qoymaq istəyirik. Bacarıqlı futbolçulara sahibik və mundiala hazırlaşmaq üçün təxminən ilyarım vaxtımız var. İnanıram ki, zamandan maksimum yararlanmaqla yaxşı işlər görə bilərik. Böyük-böyük danışmaq istəmirəm. Lakin hər bir halda ev sahibliyindən maksimum yararlanmalıylq. Sübut etməliyik ki, biz bu yarışda boşuna iştirak etmirik. Milli komandanın mundiala hazır olacağına 100 faiz inanıram.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər