Sumqayıtda 1 nömrəli xəstəxananı su basıb.
Hadisəni lentə alan əməkdaşın sözlərinə görə, xəstəxana tez-tez kanalizasiya suları ilə dolur və bu vəziyyət artıq bir həftədir davam edir.
"Bura işçilərin paltar dəyişmə otağıdır. Bu şərait ciddi xəstəlik riski yaradır, bütün işçilərin həyatı təhlükə altındadır", - deyə xəstəxana işçisi qeyd edib.
Video: Səidə Bəkirqızı