Sumqayıtda avtoqəza baş verib.
Hadisə dünən gecə saatlarında Niyazi və Babək küçələrinin kəsişməsində qeydə alınıb.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, ərazidə üç minik avtomobili toqquşub. Maşınlara ciddi ziyan dəyib.
Qəza zamanı xəsarət alanların olub-olmadığı məlum deyil.