top
Şirkətin 117 min manat pulunu mənimsəyən vəzifəli şəxs azadlığa buraxıldı
23 dekabr 2025, 14:40
- +

Şirkətin 117 min manat pulunu mənimsəyən vəzifəli şəxs azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə təqsirləndirilən Eldəniz Quluzadənin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək təqsirləndirilən şəxsə təyin olunan 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti hesab edilib. 

Belə ki, Eldəniz Quluzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal azad edilib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat vermək vəzifələri qoyulub. Davranışına nəzarət Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilib.

Həmçinin apellyasiya icraatı zamanı zərərçəkmiş MMC-yə 35 min manat ödənildiyi nəzərə alınaraq, ödənilməli olan maddi ziyanın məbləği 37 min 170 manat 33 qəpik məbləğində müəyyən edilib. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb.

İttihama görə, Eldəniz Quluzadə qida və qeyri-qida məhsullarının pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti göstərən şirkətlərdən birində Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsində işləyib. O, çalışdığı 2017-2019-u illərdə Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən 53 satış nöqtəsindən təhvil aldığı ümumilikdə 174 69,79 manat məbləğində pul vəsaitindən 117 170,33 manat məbləğində pulu şirkətin sözügedən rayonda yerləşən ofisindəki xəzinəsinə təhvil verməyib və mənimsəyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Quluzadə 6 il müddətinə azadlıqdan məhrum edilib məhkəmə iclas zalından həbs olunmuşdu. 

 

Son xəbərlər

Bütün xəbərlər
05 sentyabr 2026, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
05 sentyabr 2026, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
05 sentyabr 2026, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
05 sentyabr 2026, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
05 sentyabr 2026, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

İdman
05 sentyabr 2026, 12:10

DİN: Ölkə üzrə 60 cinayət açılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 11:10

Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə

İdman
05 sentyabr 2026, 10:30

"Sabah" "Barselona"nı bu stadionda QƏBUL EDƏCƏK

Bütün xəbərlər
05 sentyabr 2026, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
04 sentyabr 2026, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
04 sentyabr 2026, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
04 sentyabr 2026, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
04 sentyabr 2026, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
04 sentyabr 2026, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
04 sentyabr 2026, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
04 sentyabr 2026, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
04 sentyabr 2026, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
04 sentyabr 2026, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
04 sentyabr 2026, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Oxşar xəbərlər