top
Sumqayıtda 80 minlik dələduzluq
04 sentyabr 2026, 17:15
- ↺ +

Sumqayıtda 80 minlik dələduzluq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeddi nəfərə qarşı 80 min manatdan çox dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Məlumata görə, Qabil Seyidov müxtəlif şəxsləri ayrı-ayrı məsələləri həll edəcəyinə inandıraraq onların pullarını ələ keçirməkdə ittiham olunub.

Belə ki, o, bir tanışının həyat yoldaşını Sumqayıt şəhərindəki uşaq incəsənət məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək ondan ümumilikdə 31 min manat alıb.

Digər bir şəxsə Sumqayıtda yerləşən şəhərcikdən ev veriləcəyini vəd edərək 26 min manat pul alıb.

Qabil Seyidov başqa şəxsə məhkəmədə baxılan cinayət işi üzrə həbslə bağlı olmayan cəza təyin etdirəcəyini vəd edərək ondan 15 min manat, digər zərəçəkənin qohumunu isə müəyyən cinayət işi üzrə həbsdən azad etdirəcəyini vəd edərək 1500 manat pul alıb.

Bundan başqa, o, bir şəxsin keçmiş həyat yoldaşının evdən çıxarılmasına kömək edəcəyi, başqa şəxsin keçmiş arvadını valideynlik hüququndan məhrum etdirərək uşaqlarının əlindən alınacağı barədə də vədlər verib.

Qabil Seyidov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilənin iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini və digər yüngülləşdirici halları nəzərə alaraq onun şikayətini qismən təmin edib. Q.Seyidovun cəzası 6 ay azaldılıb.

Həbsdə saxlanıldığı müddət nəzərə alındıqdan sonra onun üzərində qəti olaraq 3 il 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Mənbə: Apa.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər