Sumqayıtda "Narkotik asıllıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər" mövzusunda tədbir keçirilib. Bu barədə DünyaTV-yə istinadən xəbər veririk.
Heydər Əliyev mərkəzində baş tutan görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətin başçısın birinci müavini, İcra Hakimiyyətin başçısı yanında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Teymur Səmədov və digər vəzifəli şəxslər iştirak ediblər. Tədbirdə gənclərin asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, narkomaniya qarşı mübarizə sahəsində qurumlar arasında yaradılmış əməkdaşlıq şəraiti və narkomaniyanın törətdiyi fəsadlar kimi mövzular müzakirə olunub.