Sumqayıtda ictimai iaşə obyektlərində monitorinqlər davam edir. Bu haqda APA TV-ya istinadən xəbər veririk.
Bu səfər reyd Sülh küçəsində yerləşən dərzi, geyim və məişət avadanlıqları mağazalarında keçirildi. Yoxlamalarda şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov da iştirak edib. Monitorinq zamanı aşkar edilmiş nöqsanlarla bağlı sahibkarlara və orada işləyən işçilərə qarşı qanunauyğun tədbirlər görülüb.