Daxili İşlər Nazirliyinin əməkdaşları Sumqayıtdan Bakıya gedən sərnişin avtobuslarında reyd keçiriblər. Bu haqda Sumqayıt24 Report-a istinadən xəbər verir.
Bu səfər yalnız polis əməkdaşlarını görəndə qoruyucu maska taxan şəxslərin aşkar edilməsi üçün mülki geyimli əməkdaşlar cəlb olunub. Onlar tərəfindən, şəhərimizdən paytaxta gələn avtobuslara maskasız minən şəxslər aşkar edilib və onlar barəsində inzibati tədbir görülüb.
Sonuncu profilaktik tədbir zamanı karantin qaydalarına uymayan Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxt istiqamətində hərəkət edən 70-ə yaxın sürücü və sərnişinə qarşı inzibati tədbir görülüb.