Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəməyə verilib. Bu haqda 4 sentyabr tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
İddia Sumqayıt Bələdiyyəsi tərəfindən qaldırılıb. Şikayət inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.
Hakim Hökümə Babayevanın icraatında olan işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.