Sumqayıt Baş Gömrük İdarəsində 6-cı “Könüllü gömrükçü” dəstəsinin üzvlərinin 3 aylıq könüllülük fəaliyyəti davam edir. Bu haqda bu gün, 14 aprel tarixində Könüllü gömrükçülər məlumat verir.
Məlumata əsasən, gənclər bu müddət ərzində gömrük bəyannamələrinin doldurulması, gömrük rəsmiləşdirməsi əsnasında tələb olunan sənədlər, gömrük nəzarətinin formaları, gömrük prosedurlarının həyata keçirilməsi, gömrük ödənişləri barədə dolğun məlumatlar alırlar. Bundan əlavə, könüllülər gömrük işinin nəzəri və təcrübi hissəsini mənimsəyir və struktur bölmənin fəaliyyəti ilə yaxından tanış olurlar.