Sumqayıtda “Sığorta” Festivalı keçiriləcək. Sumqayıt24 bu haqda 21 avqust tarixində xəbər verir.
Tədbir İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyasının həyata keçirdiyi "sığorta maarifləndirməsi" layihəsi çərçivəsində təşkil olunacaq.
Məlumata görə, festival 27 avqust saat 18:00-21:00 aralığında Sumqayıt bulvarında baş tutacaq. İştirak ödənişsizdir.