Sumqayıt Dövlət Dram Teatrı Bakıdakı Aktyor evində çıxış edib. Bu haqda 23 aprel tarixində Sumqayıt24 teatra istinadən məlumat verir.
Dramaturq Əli Əmirlinin akyor taleyindən bəhs edən "20 ildən sonra" əsərinə teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Tamaşa izləyicilərə göstərilib. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri tamaşanın müəllifi Əli Əmirliyə Fəxri Fərman təqdim edib.
Tamaşa "Qonaq teatr" layihəsi çərçivəsində nümayiş olunub.