Sumqayıt gömrüyünün sabiq rəhbəri saxlanılıb. Sumqayıt24 bu haqda 21 iyun tarixində Bakupost.az-a istinadən xəbər verir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları dövlət qurumlarından birində əməliyyat keçirib. Bir çox vəzifəli şəxs saxlanılıb. Onların arasında bir zamanlar Sumqayıt gömrüyünə rəhbərlik etmiş, hazırda isə “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov da var.