Sumqayıt apellyasiya məhkəməsinə yeni hakim təyin ediləcək.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub.
Təklifə əsasən, Elçin Məmmədovun (Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub) Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi müzakirə olunub.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.