Sumqayıtda polis sakinləri ehtiyatlı olmağa çağırır. Sumqayıt24 bu haqda 17 aprel tarixində xəbər verir.
Son dövrlər vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilir və onların şəxsi bank kart məlumatları ələ keçirilir. Bunun qarşısını almaq üçün ictimai iaşə obyektlərinin və bankomatların ətrafında kibermaarifləndirici lövhələr quraşdırılıb.
Burada kiberdələduzların ən çox istifadə etdiyi üsullar izah edilib.
Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırır və kibercinayətkarlıq halları ilə üzləşdikdə polisə məlumat vermələrini tövsiyə edir.