top
Sumqayıt sakini MTK-dan Vergi Xidmətinə şikayət etdi
14 yanvar 2026, 19:10
- +

Sumqayıt sakini MTK-dan Vergi Xidmətinə şikayət etdi

Sumqayıt sakini "Yusif 2014" Mənzil-Tikinti Kooperativi (MTK) ilə bağlanmış mənzil alqı-satqısı müqaviləsi üzrə ödənişlərin qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirildiyini iddia edir.

Akif Ələkbərovun sözlərinə görə, 1 iyul 2025-ci il tarixində Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yerləşən "Yusif 2014" MTK-ya məxsus 14 mərtəbəli yaşayış binasından ümumi sahəsi 124 kvadratmetr olan 3 otaqlı mənzil alınıb. Mənzilin ümumi dəyəri 161.200 manat təşkil edib. İlkin ödəniş kimi 48.360 manat verilib, qalan məbləğin isə 48 ay ərzində aylıq 2350,83 manat olmaqla ödənilməsi nəzərdə tutulub.

Ələkbərovun iddiasına görə, müqavilədə göstərilən MTK-ya məxsus bank hesabının mövcud olmaması səbəbindən ödənişləri məcburi şəkildə nağd formada edib. Bildirilir ki, müqavilədə ƏDV-nin daxil olduğu qeyd edilsə də, ödənişlərə dair qaimə-faktura təqdim edilmədiyi üçün alıcı ƏDV-nin geri alınması hüququndan da məhrum olub.

Şikayətçi məsələ ilə bağlı Azərbaycan Respublikasının "Nağdsız hesablaşmalar haqqında" Qanununun 3.4.14-cü maddəsinə istinad edərək, daşınmaz əmlakın alqı-satqısı zamanı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməli olduğunu vurğulayır. O, həmçinin qanunun tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulduğunu bildirir.

Bu səbəbdən Ələkbərov Akif Ələkbər oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək "Yusif 2014" MTK-nın fəaliyyətində yol verilən iddia olunan qanun pozuntularının araşdırılmasını və qarşısının alınmasını xahiş edib.

Şikayətdə qeyd olunur ki, MTK rəhbərliyinə ünvanlanan eyni məzmunlu müraciətə bir aydan artıq müddət keçməsinə baxmayaraq, indiyədək rəsmi cavab verilməyib.

Məsələ ilə bağlı "Yusif 2014" MTK ünvanlanan sorğunu cavablandırmayıb və açıqlama verməyib.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
Dünən, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
Dünən, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
Dünən, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
Dünən, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

İdman
Dünən, 12:10

DİN: Ölkə üzrə 60 cinayət açılıb

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə

İdman
Dünən, 10:30

"Sabah" "Barselona"nı bu stadionda QƏBUL EDƏCƏK

Bütün xəbərlər
Dünən, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
04 sentyabr 2026, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
04 sentyabr 2026, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
04 sentyabr 2026, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
04 sentyabr 2026, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
04 sentyabr 2026, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
04 sentyabr 2026, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
04 sentyabr 2026, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
04 sentyabr 2026, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
04 sentyabr 2026, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
04 sentyabr 2026, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Oxşar xəbərlər