Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsinin əməkdaşları ahıllara bayram sovqatları çatdırıblar. Bu haqda QAC Sumqayıtın Facebook səhifəsinə istinadən xəbər veririk.
Sovqatların hazırlanmasında “Paşa Bank” ASC-də öz dəstəyini göstərib. QAC-ın Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova bankın əməkdaşlarına, bölmə qeydiyyatında olan ahıllara göstərdikləri qayğı üçün təşəkkür edib.
Bölmə könüllüləri və bankın əməkdaşları yataq xəstələrinin sovqatlarını evlərinə aparıb. Qeyd edək ki, bu bayramda 120 ahıl ailəsi sevindirilib. [modula id="11769"]