top
Sumqayıtda 1,6 milyon manatlıq mənimsəmə olub
23 avqust 2023, 03:41
- ↺ +

Sumqayıtda 1,6 milyon manatlıq mənimsəmə olub

Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında “Sumqayıt Tibb Mərkəzi” PHŞ-dəki qanunsuzluqlara dair cinayət işinin istintaqı tamamlanıb. Sumqayıt24 bu haqda 23 avqust tarixində Baş Prokurorluğa istinadən xəbər verir.

Proses Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olaraq, tanışları Elxan Əsədovun köməkliyi ilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradıblar. Sonra onlar Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manatın həmin şirkətlərə köçürülməsinə nail olublar.

Köçürülmüş puldan 1 milyon 613 min 334 manatı Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılmaqla mənimsənilib.

Mənimsənilmiş vəsaitin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırılması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramovaya və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməklik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) və digər maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, istintaq zamanı 41 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilib və dəymiş maddi ziyanın 1 milyon 542 min 351 manatının ödənilməsi təmin olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 9-cu günündə BAŞ VERƏNLƏR - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
03 oktyabr 2026, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
03 oktyabr 2026, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
03 oktyabr 2026, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
03 oktyabr 2026, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
03 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
03 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Oxşar xəbərlər