Sabah Sumqayıtda havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sumqayıt24 bu haqda 18 aprel tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumat görə, aprelin 19-da mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 12-16, gündüz isə 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.