“Günəşim” Kukla Teatrında ustad dərsi təşkil olunacaq. Sumqayıt24 bu haqda 21 avqust tarixində xəbər verir.
“Akvariumda balıq” adlı master-klasa yaşı 3-dən yuxarı uşaqlar və böyüklər qatıla bilərlər. İştirakçılar hazırladıqları, içərisində canlı balıqlar olan akvariumu özləri ilə aparacaqlar. Biletlər artıq satışdadır.
Tarix: 10 sentyabr.
Vaxt: 12:00.
Ünvan: Gənclər Evi (5-ci mkr.)
Ödəniş: 18 manat (yalnız onlayn satış).
Əlaqə: (077) 767-12-72.