Sumqayıtda 25 yaşlı gənc qız itkin düşüb. Bu haqda 17 avqust tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə 15 avqust axşam saatlarında Sumqayıt bulvarında baş verib. Əqli qüsurlu Zeynəb Abbaszadə bulvarda olarkən anasından tək gəzməsi üçün icazə alıb və bir daha geri qayıtmayıb. Onun üzərində çəhrayı rəngdə kostyum olub.
Polis orqanlarına hadisə ilə bağlı məlumat verilib.
Onun barəsində məlumatı olanlardan anası ilə (050) 637 45 67 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.