Sumqayıt şəhərində avtobusların yol kənarında dayanaraq sərnişin mindirib-düşürməsi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur.
Şikayətçinin sözlərinə görə, Sülh prospekti ilə Bakı istiqamətində hərəkət edən avtobuslar dayanma və durmanın qadağan olunduğu kəsişmədə saxlayaraq sərnişin mindirir və ya düşürürlər. Bu hal isə yolda hərəkət edən digər sürücülər üçün çətinlik yaradır və nəqliyyatın hərəkətinə ciddi maneə törədir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı açıqlamasında bildirib ki, sözügedən əraziyə baxış keçirilib. Zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
Mənbə: Oxu.аz