Sumqayıt şəhəri, 1-ci mikrorayonun bir hissəsində yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a müraciət edən vətəndaşın sözlərinə görə, 13/31 nömrəli binanın qarşısında, məhəllənin düz ortasında böyük "zibil dağı" əmələ gəlib.
Sakin iddia edir ki, yaxınlıqdakı zibil qutularında toplanan tullantılar mütəmadi daşınsa da, ərazidə yığılıb qalan zibilə lazımi diqqət göstərilmir. Hətta burada indiyədək bir neçə dəfə yanğın baş verib. Zibil yığını yandıqdan sonra əraziyə gəlib təmizlik işləri aparılsa da, problem yenidən təkrarlanıb.
Son iki ayda vəziyyət daha da pisləşib və tullantılar çoxalmaqda davam edir.
Sakin aidiyyəti qurumların əraziyə diqqət yetirməsini, tullantıların təmizlənməsini və problemin birdəfəlik həll olunmasını istəyir.