Sumqayıtda yaşayış binasının zirzəmisində yaranan antisanitar vəziyyət sakinlərin narahatlığına səbəb olub.
Sumqayit24.az-a müraciət edən sakinin sözlərinə görə, 17-ci mikrorayonda yerləşən 60 nömrəli binanın 3-cü blokunun zirzəmisini kanalizasiya suları basıb. Nəticədə zirzəmidən ətrafa kəskin üfunət yayılır. Bununla yanaşı, ağcaqanadların çoxalması vəziyyəti daha da çətinləşdirib.
Vətəndaş problemin aradan qaldırılması və zirzəminin təmizlənməsi üçün aidiyyəti qurumların tədbir görməsini istəyir.