Sumqayıtda tibb ocaqlarının birində rəhbər dəyişikliyinin baş verdiyi bildirilir.
Mətbuatda yayılan iddiaya görə, TƏBİB sədri Anar Bayramov Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyevanı tutduğu vəzifədən uzaqlaşdırıb.
Sumqayit24.az məlumatı dəqiqləşdirmək üçün TƏBİB-ə sorğu ünvanlayıb. Qurum xəbəri təkzib edib:
"Belə bir məlumat yoxdur".