Sumqayıt şəhərində şagirdlər arasında bilik yarışı keçirilib. Bu haqda bu gün, 22 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
“Nə? Harada? Nə zaman?” formatında keçirilən bilik yarışı 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilib. 30 nömrəli məktəbin “Dəmir Yumruq” komandası 1-ci, 12 nömrəli məktəbin “Nəsirəddin Tusi” komandası 2-ci, 2 nömrəli məktəbin “Mübarizlər” komandası isə 3-cü yerə layiq görülüblər.
Qalib komandalar baş idarənin kubok, medal və Fəxri fərmanları ilə təltif ediliblər.