top
Sumqayıtda həkimdən şikayət: “Vətərlərimi kəsib,  bizə 100 min manat ziyan vurub”
22 iyun 2025, 23:36
- ↺ +

Sumqayıtda həkimdən şikayət: “Vətərlərimi kəsib,  bizə 100 min manat ziyan vurub”

"Sumqayıt Hospital"da çalışan ortoped-travmatoloq Elçin Yaqubov məni artıq iki ildən çoxdur ki, şikəst vəziyyətə salıb".

Bu fikirləri Qaynarinfo.az-a 64 yaşlı Püstəxanım Quliyeva bildirib. Onun sözlərinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb.

Püstəxanım Quliyeva 18 aprel 2023-cü il tarixində "Sumqayıt Hospital"da Elçin Yaqubov tərəfindən sağ diz oynağının endoprotezlənməsi (diz artroplastikası) əməliyyatı olunub. Həmin əməliyyat zamanı zədələnmiş və ya aşınmış diz oynağı süni alman protezi ilə əvəz edilib. Tibb sənədlərində xəstənin vəziyyətinin stabilləşdiyi və tam bərpa olunduğu, evə buraxıldığı qeyd edilsə də, Püstəxanım Quliyeva iddia edir ki, o, əməliyyatdan sonra hərəkət edə bilməyib və əlil arabasında evə aparılıb.

Xəstənin sözlərinə görə, əməliyyatdan 40 gün sonra bərpa prosesi baş vermədiyindən evdə yıxılıb. Bu zaman ayaq vətərlərinin kəsilməsi səbəbindən diz oynağında boşluq yaranıb. O, iddia edir ki, ayağında ciddi hərəkət məhdudiyyəti yaranıb, yara infeksiyalaşıb və vəziyyət getdikcə ağırlaşıb. Nəticədə ailəsi onu başqa bir mütəxəssisə aparmaq məcburiyyətində qalıb.

Araşdırma zamanı məlum olub ki, Elçin Yaqubov tərəfindən Almaniya istehsalı kimi təqdim olunan implant əslində Türkiyə istehsalı olub. Bundan başqa, əməliyyat zamanı xəstənin sağ ayağının bud və baldır sümüyü arasındakı vətərlər kəsilib və qanaxmanı dayandırmaq üçün müxtəlif üsullardan istifadə olunub. Sonradan əməliyyat yerindən ağ rəngli saplar çıxarılıb və yaranın infeksiyalaşmasına da məhz bu sapların toxumalarda qalması səbəb olub.

İlkin əməliyyatdan sonra xəstə üzərində əlavə beş əməliyyat aparılıb. Həkimin səhlənkarlığı nəticəsində zədələnmiş vətərləri bərpa etmək mümkün olmayıb. Yerli həkimlər son çarə kimi Püstəxanım Quliyevanın sağ ayağının amputasiyasını təklif ediblər. Bildirilib ki, əks halda yaranın qanqrenaya çevrilməsi və bu prosesin digər orqanlara da yayılması riski var.

Quliyevanın ailəsi onu Özbəkistandakı xəstəxanalardan birində çalışan tanınmış təbrizli ortoped-travmatoloq Rövşən adlı həkimin yanına aparıb. Sözügedən həkim tərəfindən aparılan əməliyyatlardan sonra Püstəxanım Quliyevanın sağ ayağının təxminən 50 faiz hərəkəti bərpa olunub. Lakin bu gün də vətərlərin zədələndiyi nahiyədə iltihab prosesi davam edir.

Xəstənin yaxınlarının iddiasına görə, Elçin Yaqubovun səhlənkarlığı onların ailəsinə 100 min manatdan artıq maddi ziyan vurub və hələ də müalicə üçün külli miqdarda vəsait xərclənir. Onların sözlərinə görə, Elçin Yaqubov vəziyyətlə bağlı məsuliyyət daşımadığını bildirərək, "Gedın hara istəyirsiniz, şikayət edin, mənə heç kim heç nə edə bilməz" deyib.

Püstəxanım Quliyeva və ailəsi yaxın günlərdə Səhiyyə Nazirliyi, TƏBİB və hüquq-mühafizə orqanlarına rəsmi şikayətlə müraciət edəcəklərini, həmçinin "Sumqayıt Hospital" və həkim Elçin Yaqubovu məhkəməyə verərək maddi və mənəvi təzminat tələb edəcəklərini bildirirlər.

Məsələ ilə bağlı Qaynarinfo.az-ın əməkdaşı ortoped-travmatoloq Elçin Yaqubovla əlaqə saxlayıb. Həkim 1961-ci il təvəllüdlü Püstəxanım Quliyevanı "Sumqayıt Hospital"da əməliyyat etdiyini təsdiqləyib, lakin sonrakı problemlərin onunla bağlı olmadığını bildirib:

"Mən bir qəpik də pul almamışam. Xəstəni İcbari Tibbi Sığorta ilə əməliyyat etmişəm. Püstəxanım Quliyeva əməliyyatdan 40 gün sonra həyat yoldaşının avtomobilində yıxılıb və bu səbəbdən ayağında problem yaranıb. Daha sonra həm Bakıdan, həm də Sumqayıtdan olan həkimlərlə birlikdə xəstəni yenidən əməliyyat etmişik. Mənim heç bir günahım yoxdur. Əgər xəstəxana pul alıbsa, qoy oradan tələb etsinlər".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Bu gün, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Dünən, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Dünən, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
24 sentyabr 2026, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
24 sentyabr 2026, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
24 sentyabr 2026, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
24 sentyabr 2026, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
24 sentyabr 2026, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
24 sentyabr 2026, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
24 sentyabr 2026, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
24 sentyabr 2026, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
24 sentyabr 2026, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Oxşar xəbərlər