Sumqayıt Sənaye Parkında xüsusi texnika və nəqliyyat vasitələrinin istehsal və yığımı layihəsi həyata keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə "RAM İndustries" MMC-yə Parkın rezidenti statusu verilib. İnvestisiya dəyəri 44,9 milyon manat olan layihə çərçivəsində 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.