Sumqayıtda mikrorayonlardan birində yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a müraciət edən vətəndaşın iddiasına görə, 12-ci mikrorayonda, Koroğlu prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən işıqforlar ötən axşamdan etibarən fəaliyyət göstərmir.
"İşıqforlar dünən axşamdan işləmir. Bu vəziyyət nəqliyyatın hərəkətində ciddi çətinlik yaradır və qəza riskini artırır", - deyə sakin bildirib.
Vətəndaşlar problemin qısa zamanda aradan qaldırılması üçün aidiyyəti qurumların tədbir görməsini xahiş edirlər.