Sumqayıtda 33 yaşlı kişinin sevgilisi tərəfindən bıçaqlandığı iddia olunur.
Apa.az-ın məlumatına görə, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.
33 yaşlı Əmrah Xudiyevin, aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi yaşadığı Nailə adlı xanım tərəfindən bıçaqlandığı bildirilir.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.