Sumqayıt şəhər 23 nömrəli texniki fənlər təmayüllü liseydə məktəb psixoloqlarının iştirakı ilə "Təlimat və sənədlərin məktəbdə tətbiqi" mövzusunda seminar təşkil olunub.
Sumqayit24.az xəbər verir ki, görüşdə Sumqayıt şəhər 41 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Könül Musayeva çıxış edərək məktəb psixoloqlarının fəaliyyətində normativ sənədlərin və müvafiq təlimatların düzgün tətbiqinin, sənədləşmə işinin sistemli və effektiv təşkilinin əhəmiyyətindən bəhs edib.
Seminar zamanı sənədləşmə işinin təşkili, mövcud təlimatların praktik fəaliyyətdə tətbiqi, eləcə də bu prosesdə diqqət yetirilməli əsas məqamlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.