2026-cı ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhərində 621 boşanma qeydə alınıb.
Sumqayit24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ilə Sumqayıt şəhəri ölkənin şəhər və rayonları arasında ikinci yerdə qərarlaşıb.
İlk doqquz ayda ən çox boşanma Bakının Xətai rayonunda qeydə alınıb – 651. Sumqayıtdan sonra Yasamal rayonu 556, Gəncə şəhəri isə 499 boşanma ilə sıralanıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 15.030 boşanma qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 450 və ya 2,9 faiz azdır.